Bakıda bir mağazanın dəftərindən doğulub

Mağazanı kağız dəftərdən çıxar.

Satış, nisyə, kassa bağlama, anbar və hesabat — hamısı bir yerdə. Zerb mağazanın öz kompüterində işləyir: məlumat səndə qalır, internet kəsiləndə iş dayanmır.

Bu, simulyasiyadır

  • İnternetsiz işləyir
  • Məlumat sənin kompüterində qalır
  • 10 dil

Problem

Kağız dəftər səhv saymır. Sadəcə unudur.

Bunlar hər gün olur. Hər birinin cavabı bir rəqəmdir:

Zerb hər birini bir ekranda göstərir. Görəndə düzəldirsən.

Canlı nümunə

Kassanı aç

Danışmaqdansa — göstərək.

Bu, Zerb-in öz ekranıdır — həqiqi dizaynı ilə birbaşa brauzerdə işləyir, rəqəmlər nümunədir. Heç nə yükləmək, qeydiyyatdan keçmək lazım deyil — düymələri sən basırsan.

Bu, simulyasiyadır

Satış Rejimi Kassa bağlıdır

Aşağıdakı canlı nümunə brauzerində açılmadı. Zərəri yoxdur — günün beş anı budur:

  1. Səhər kassanı aç — başlanğıc məbləğ 50.00 AZN.
  2. Satış #1 — barkodu oxut, məhsul səbətə düşür.
  3. Satış #2 — nisyə: borc adla və tarixlə yazılır.
  4. İnterneti söndür — satış davam edir, iş dayanmır.
  5. Kassanı bağla — Z-hesabat: 2.00 AZN kəsir, gizlədilmədən.

Simulyasiya heç nə göndərmir və heç nə yadda saxlamır — nə ad, nə telefon, nə kuki. Səhifəni yeniləyəndə gün sıfırdan başlayır.

Funksiyalar

Zerb nə edir

On yeddi iş, dörd dəstə — satış anından axşam hesabatına. Hər biri real mağaza problemindən doğulub.

Satış anı

  • Kassa (POS) + barkod

    Barkodu oxut, mal səbətə düşür. «İ» yazanda «i» ilə başlayan mal da tapılır.

  • Bölünmüş ödəniş

    Bir satış, üçə qədər ödəniş üsulu: nağd + kart + nisyə. Kassa hesabatına yalnız nağd hissə düşür.

  • Qaytarma

    Müştəri malı geri gətirdi: anbar və kassa özü düzəlir. Nisyə ilə alınıbsa, borcdan da silinir.

Pul və borc

  • Kassa bağlama

    Gün sonunda Z-hesabat: gözlənilən pul, real pul, artıq/əskik. Fərq gizlədilmir.

  • Nisyə

    Kim, nə qədər, nə vaxtdan. 30 gündən sonra qırmızı işarələnir. Xatırlatma mətni WhatsApp-da hazır açılır.

  • Hesabat və ixrac

    Gün sonu, kar-zarar, alış öhdəlikləri — hamısı Excel və CSV-ə çıxır, çeklər PDF-ə də.

  • Çeklər və qaimə

    Hər təsdiqlənmiş satışın çeki qalır: bax, PDF yüklə, topdan üçün qaimə çıxar. Sənəd nömrəsi, ödəniş üsulu və kassiri ilə.

  • Məhsul mənfəəti

    Hansı mal nə qazandırır: məhsul-məhsul satış, maya və mənfəət. Mayası yazılmayan məhsulun sayı gizlədilmir — cəmin nəyi əhatə etmədiyi yanında yazılır.

Anbar və nəzarət

  • Anbar və alışlar

    10 sifariş etdin, 7 gəldi: 7 yazılır. Qalan 3-ü gözləyir.

  • Faktura OCR

    Təchizatçının fakturasını şəkil çək və ya PDF yüklə — sətirlər özü oxunur: ad, barkod, miqdar, qiymət, ƏDV. Barkoda görə kataloqla tutuşdurulur, maya yenilənir və ya hamısı bir alışa çevrilir. Mətn cihazın özündə tanınır, faktura heç yerə göndərilmir; siz təsdiqləməyənə qədər heç nə saxlanmır.

  • Sayım

    Rəfi say, sistem stoku ilə tutuşdurulsun: artıq, çatışmazlıq, uyğun. Yarımçıq sayım saxlanılır, sayılmayan məhsula toxunulmur.

  • Offline

    İnternet kəsiləndə satış növbəyə düşür, bağlantı qayıdanda özü göndərilir.

  • İşçi hesabları

    Giriş PİN ilədir, hər satışın yanında kimin yazdığı qalır. Kassirin nəyi görməyəcəyini sən seçirsən.

  • Ehtiyat nüsxə

    Bütün iş sahəsi bir fayla çıxır — hadisələr və əməliyyatlar öz nömrələri və vaxt möhürləri ilə. İdxaldan əvvəl faylın içi göstərilir.

Ayarlardan açılanlar

  • Masalar və mətbəx

    Masa aç, sifarişi böyüt, mətbəxə çek göndər. Mətbəxə getmiş sətir silinsə, arxasınca ləğv çeki gedir. Hesabı böl, sifarişi başqa masaya köçür, qonaq sayını yaz. Açıq sifariş satış deyil — o pul hələ kassaya girməyib. Ayarlarda «Restoran» seçiləndə gəlir.

  • Texniki karta

    Yeməyin ingredientlərini bir dəfə yaz — satılanda anbardan onlar düşür. Bir porsiyanın mayası və qazancı özü hesablanır. «Restoran» ilə birlikdə gəlir, amma ayrıca da açıla bilər.

  • Sifariş tarixçəsi

    Bağlanmış masalar sətirləri ilə qalır: kim açıb, kim bağlayıb, nə qədər açıq qalıb, bişəndən sonra nə ləğv edilib.

Ekranları özün aç

Beş ekranı da özün aç — öz sıranla, heç nə quraşdırmadan. Hamısı proqramın öz dizaynı ilə.

Bu, simulyasiyadır

Bu bölmənin canlı nümunəsi açılmadı. Zerb-in gördüyü işlərin hamısı yuxarıdakı siyahıdadır.

Biznes növləri

Hansı biznes üçün hazırdır?

Mağaza, restoran və topdan — üçü də bu gün hazırdır. Topdan rejimini isə hələ heç bir real biznes sınamayıb.

Qiymət

Bir hesab, bütün mağaza

ƏDV daxil olacaq. Uzun müddətə alanda ucuzlaşır. Bir hesab bütün mağazanı işlədir — neçə kassa qurduğuna və neçə işçi işlədiyinə görə əlavə ödəniş yoxdur.

Rəqəm hələ elan olunmayıb və ödəniş açılmayıb — qiymət hazır olanda əvvəlcə siyahıdakılara yazacağıq, xəbərsiz heç bir ödəniş yoxdur. Siyahıya yazıl

Sual-cavab

Suallara düz cavablar

Qısa, konkret, olduğu kimi.

NKA / fiskal tələb olunur — bu, qanunidir?

Zerb sertifikatlaşdırılmış fiskal həll deyil. Qəbzlər fiskallaşdırılmır və həqiqi fiskal ID və ya QR kod daşımır. Zerb sənin daxili idarəetmə sistemindir — NKA-nı əvəz etmir. NKA öhdəliyin varsa, o, ayrıca qalır.

Eyni xəbərdarlıq proqramın öz içində də göstərilir.

Kompüterim köhnədir / zəifdir.

Zerb ağır proqram deyil — mağazanın öz kompüterində, brauzerdə işləyir. Ayrıca server, bulud abunəsi və ya güclü maşın tələb etmir.

Dəqiq minimum tələblər (Windows versiyası, RAM) müxtəlif kompüterlərdə real sınaqdan sonra burada dərc olunacaq.

Məlumatım harada saxlanılır? Siz bağlansanız nə olur?

Sənin kompüterində — satış datası üçün bulud yoxdur, bizim serverimizdə satışların, müştərilərin, qiymətlərin yoxdur. Biz sabah yox olsaq belə, datan onsuz da səndədir: istənilən vaxt Excel ixracı və tam backup. Kilid yoxdur — çıxanda hər şeyi özünlə aparırsan.

İnternet kəsiləndə nə olur?

Heç nə. İş davam edir: satış növbəyə düşür, bağlantı qayıdanda özü göndərilir — yuxarıdakı simulyasiyada 4-cü addımda özün sına. Real mağazada bu növbədən hələ bir satış da keçməyib.

Köhnə proqramdakı mallarım nə olacaq?

Köçürülür. Bunu artıq bir dəfə etmişik: köhnə siyahıdakı 2440 sətir barkod oxundu. Eyni malın bir neçə barkodu bir yerə yığıldı, nəticədə 1578 məhsul alındı. Bir dənə də xəta olmadı. Excel/CSV faylın varsa — köçürə bilərik.

Başlamaq

Siyahıya yazıl

Hazır olanda WhatsApp-dan yazacağıq. Başqa heç nə göndərmirik.

1 Yazıl · 2 Hazır olanda WhatsApp-dan yazırıq · 3 Zerb-i mağazanda işə salırsan

Bu forma hesab yaratmır — parol istənmir, sadəcə növbəyə yazılırsan. Hesab yarat